Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərə Cənubi Koreya şirkətlərini cəlb etmək məqsədilə Koreya Respublikasında təqdimat keçirməyi planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycana dost ölkələrin şirkətləri bu işlərə dəvət edilir. Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir”, - Əliyev bazar ertəsi Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edərkən bildirib.
Əliyev qeyd edib ki, bu təqdimat yaxın zamanda keçiriləcək.
“Həmçinin, görüşdə ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunuldu. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
E.Şəfiyev