Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenkonun Facebook hesabı yenidən blok edilib. Səhifəsində Korotçenko VMedia Youtube kanalındakı «Такое не вытворяли даже террористы из ИГИЛ» (“Hətta İŞİD terrorçuları bunu etməyiblər”) adlı filmi paylaşıb.
VMediaYoutube kanalının bəyanatında deyilir ki, dünən erməni teleqram kanalları bu video ilə əlaqədar “yalan məlumat” və “nifrətin təbliğatı” ilə kütləvi şikayət etmək çağırışlar ediblər.
“Beləliklə, biz Kaliforniyada gizlənən erməni lobbisi tərəfindən bizim filmə olan hücumdan söz açırıq”, - kanalın müəllifləri qeyd edirlər.
“Və, gördüyümüz kimi, oz məqsədlərinə çatdılar. Bütün baş verənlərdən bir nəticə çıxarmaq olar ki, Facebook sosial şəbəkəsi və Mark Tsukerberq şəxsən Azərbaycanın haqq səsini zəiflədərək, faktiki olaraq Ermənistanın hərbi cinayətlərini ört-basdır edir. Çünki bu məhz elə vəziyyətdir ki, videonun dili kontent ilə diktə olunur – VMedia kanalı, erməni istifadəçilərinin hesab etdiyi kimi, potensial cəhətdən “nifrətin təbliğatı” anlayışına uyğun olan formulalardan istifadə etmək məcburiyyətindədir”, - kanalın bəyanatında deyilir.
Eyni zamanda, filmin müəllifləri heç kimi ittiham etmirlər və heç nə təbliğ etmirlər, sadəcə olaraq aşağıdakı suala cavab axtarırlar: “Niyə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğal etdiyi illər ərzində Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması məsələsi beynəlxalq strukturlar tərəfindən qaldırılmayıb?”
“İndi isə daha bir sual meydana gəlib: nə üçün Facebook sosial şəbəkəsi erməni cinayətkarlarının İŞİD-in üsulları ilə müqayisə edilə bilən və hətta daha pis üsulların tətbiqi barədə həqiqətin gizlədilməsinə şərait yaradır?”, - “İnterfaks-Azərbaycan” agentliyinə daxil olan bəyanatda vurğulanır.
“Belə çıxır ki, Facebook rəhbərliyi istəmir ki, dünya, erməni terrorçularının, İŞİD-dən fərqli olaraq, Azərbaycanın, Livanın ərazisinə və yaxud Lüksemburqdan dörd dəfə böyük ərazisinə bərabər olan öncə işğal olunmuş ərazilərində qəbirləri və bütün qəbiristanlıqları məhv etdikləri barədə məlumat alsın? Məgər bəşəriyyətə qarşı bu cür cinayətlər barədə susmaq mümkündür?”, - kanalın müəllifləri bəyan edirlər.
Xatırladaq ki, «Такое не вытворяли даже террористы из ИГИЛ» (“Hətta İŞİD terrorçuları bunu etməyiblər”) adlı filmdə Azərbaycan ərazisində erməni işğalçılarının törətdikləri cinayətlər barədə danışılır. Xüsusilə, qeyd olunur ki, erməni terrorçuları barbarlıq və vəhşilikdə İŞİD terrorçularını belə ötüblər – qəbirləri açaraq məhv ediblər, yəni hətta ölülərlə savaşıblar. Müəlliflər filmdə sual edirlər ki, YUNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə cavab olaraq susqun qalmalarının səbəbi nədir. **
A.Əzizov