Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Qanun imzalayıb.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Sərəncam imzalayıb.
Hər iki sənədin mətnləri bu gün prezidentin saytında dərc olunub.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Azərbaycan parlamenti 2021-ci il oktyabrın 29-da “Azərbaycan Respublikasının Vatikanda səfirliyinin təsis edilməsi haqqında” Qanun qəbul edib.
E.Şəfiyev