Azərbaycan Prezidenti İlham Əliyev və iranlı həmkarı İbrahim Rəisi gələn həftə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü çərçivəsində görüşə bilərlər. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
“Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri (noyabrın 21-də - İF) lüzumsuz gərginlik aradan qaldırıldıqdan sonra Bakı-Tehran münasibətlərində yeni mərhələnin başlaması məqsədilə planlaşdırılmışdı. Həmçinin tezliklə iki ölkənin müxtəlif səviyyəli rəsmilərinin görüşləri, o cümlədən gələn həftə İƏT Zirvə görüşü (noyabrın 28-də Türkmənistanda – İF) çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə azərbaycanlı həmkarı İlham Əliyev arasında görüş keçiriləcək”, - deyə İran KİV-i Xətibzadəyə istinadən bildiriblər.*
E.Şəfiyev