Rusiya Azərbaycandan bitki mənşəli məhsulların tədarükünə tətbiq etdiyi məhdiudiyyətləri ləğv edib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəyan edib.
“Rusiyaya bitki məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb. Sazişə əsasən, pomidor istehsalçıları üçün ixraca icazə almaq məqsədilə Rusiya tərəfinin həyata keçirdiyi videomonitorinqlər dayandırılıb”, - Təhməzli bazar ertəsi mətbuat konfransında bildirib.
Təhməzli qeyd edib ki, cari il dekabrın 1-dən etibarən “Rosselxoznadzor”un ixrac icazəsi AQTA-nın zəmanət mətubu əsasında birbaşa pomidor istehsalçılarına veriləcək.
“Bundan əlavə, Rusiyaya ixrac zamanı riks səviyyəsi aşağı olan bitkiçilik məhsulları aşkar edilərək, fitosanitar nəzarət məqsədilə yaşıl dəhlizə yerləşdiriləcək”, - Təhməzli əlavə edib.
2020-ci il dekabrın 10-dan Azərbaycandan Rusiyaya xüsusilə alma və pomidor ixracına məhdudiyyətlər qüvvədə olub. **
X.Nəsirzadə