ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönələn birbaşa təmasları dəstəkləyir. Bu barədə ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqerbəyan edib.
“Bu görüşə dair elanı görmək mənin üçün xoş idi. ABŞ, lidrlərin birbaşa görüşü üçün səylə çalışıb. Ölkələr arasında normal münasibətlərin qurulması üçün bu görüşün irəliyə addım olacağına ümid edirəm”, - Litzenberqer dekabrın 15-də Brüsseldə «Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşü şərh edərkən bildirib.
O vurğulayıb ki, ABŞ ölkələr arasında birbaşa təmasları dəstəkləyir. “Biz bu iradəni alqışlaytırıq və tərəflərin bundan istifadə edəcəklərinə ümid edirik”, - Azərbaycanın “Report” İnformasiya Agentliyi səfirin sözlərinə istinad edir.
Səfir qeyd edib ki, ABŞ bölgədə davamlı sülhə sadiqdir.
Litzenberqer vurğulayıb ki, Vaşinqton müxtəlif istiqamətıərdə Bakı ilə fəal əməkdaşlıq edir. “Biz həmçinin enerji, turizm və s. sahələrdə Azərbaycan iqtisadiyyatının şaxələnməsini dəstəkləmişik. Biz təhlükəsizlik sahəsində əməkdaşlıq edirik, təhsil sahəsində böyük əməkdaşlıq təcrübəmiz var. O cümlədən, Azərbaycan və ABŞ özəl sektorun, kənd təsərrüfatının, aqroturizminin və s. sahələrin inkişafı məqsədilə əməkdaşlıq edirlər. İndi həmçinin daxili köçürülmüş şəxslərin uğurlu qayıdışını dəstəkləmək üçün imkan var”, - amerikalı diplomat əlavə edib. **