Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Koreya Respublikasının prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park ilə görüşü baş tutub.
“Görüşdə tərəflər Azərbaycan və Koreya Respublikası arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə, xüsusilə də energetika, infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, alternativ enerji, investisiya, tikinti, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN-dən məlumat verilir.
Bayramov və Park, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
E.Şəfiyev