2021-ci ilin əvvəlindən Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırıb. Bu barədə Azərbaycan Qida Təhükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəyan edib.
“9 noyabr 2021-ci il tarixnə qədər həyata keçirilən fitosanitar tədbirləri nəticəsində Azərbaycandan Rusiyaya bir sıra bitki məhsullarının ixracında mühüm artım müşahidə olunub. Belə ki, ciyələk ixracında 117%, armud ixracında – 192% artım müşahidə olunur”, - Təhməzli bu gün mətbuat konfransında bildirib.
Bundan əlavə, hesabat dövrü ərzində xurma ixracı 46%, kartof – 23%, xiyar və kornişon – 35%, şaftalı və nektarin – 182%, qarpız – 144%, üzüm – 178%, gavalı və çaqqal gavalısı – 33%, nar – 17% artıb.
O, həmçinin qeyd edib ki, Rusiyanın aidiyyəti idarəsi tərəfindən tətbiq olunan məhdudiyyətlər səbəbindən, ilin əvvəlindən Rusiyaya 119 min ton pomidor və 52 min ton alma ixrac olunub. **
X.Nəsirzadə