Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Orduda növbəti taktiki-xüsusi təlim keçirilib.
Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib. Taktiki-xüsusi təlimin ssenarisinə uyğun olaraq pilotsuz uçuş aparatlarından və digər kəşfiyyat vasitələrindən əldə edilmiş məlumata əsasən düşmənin xüsusi hazırlıq keçmiş terror qruplaşmaları dinc və sabitlik şəraitində yaşayan insanlara qarşı təxribat törətmək üçün silah-sursat anbarlarına qanunsuz daşıma fəaliyyəti həyata keçirirlər.
Xüsusi təyinatlılarımız nəqliyyat-döyüş helikopterlərinin dəstəyi ilə terrorçuların gizləndikləri binaya basqın həyata keçirirlər.
Qeyd olunur ki, təlimlər zamanı hərbi qulluqçular tapşırıqları yüksək peşəkarlıqla icra edərək qarşıya qoyulmuş məqsədlərə nail olublar. **
E.Şəfiyev