17-18 noyabr 2021-ci il tarixində Rusiyanın 31 ən iri şirkətinin nümayəndələri Azərbaycanda keçirilən biznes missiya çərçivəsində 160 işgüzar görüş keçiriblər. Bu barədə RF-nin Azərbaycandakı Ticarət Nümayəndəlyi məlumat verir.
“Biznes missiyada 31 Rusiya şirkəti, həmçinin Azərbaycanın 36 əsas şirkət və idarəsi iştirak edib. Biznes missiya çərçivəsində Rusiya və Azərbaycan şirkətlərinin 160 ikitərəfli görüşü keçirilib”, - Ticarət Nümayəndəliyindən qeyd olunub.
Məlumata əsasən, Səhiyyə, Rəqəmsal İnkişafvə Nəqliyyat, Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Şəhər İcra Hakimiyyəti, SOCAR şirkəti səviyyəsində görüşlər baş tutub.
Rusiyanın nümayəndə heyəti Səhiyə Nazirliyində Azərbaycan ərazisində Rusiya istehsalı insulinlərin istifadəsi və bizim helikopter texnikası bazasında sanitar aviasiyası xidmətinin inkişafı imkanlarını müzakirə edib.
Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə danışıqlar zamanı aeronaviqasiya avadanlığının tədarükü sahəsində perspektivlər müəyyən edilib. Azərbaycan tərəfi, o cümlədən Azərbaycan ərazisində sərnişindaşımalar həyata keçirən avtobus parkının modernləşdirilməsi üzrə planları qeyd edib.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə danışıqlarda infrastruktur layihələrin inkişafında Rusiya biznesinin iştirakı perspektivləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yerli aqrarlar üçün mineral gübrələr və ASK texnikasının tədarük həcminin artırılması və çeşidin genişləndirilməsi imkanları müzakirə olunub.
Energetika Nazirliyində görüş zamanı əsas müzakirə mövzusu imtiyazlı saziş əsasında investisiya layihələrinin reallaşdırılması olub. Rusiya şirkətlərinin layihələrdə iştiraka cəlb edilməsi halında onlar Sumqayıt Texnologiya Parkı ərazisində detalların hissələrinin istehsalı imkanını nəzərdən keçirməyə hazırdılar. **
X.Nəsirzadə