Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Portuqaliyanın Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.
Dövlət başçısının saytındakı məlumata görə, səfir etimadnaməsini prezidentə təqdim etdi.
“Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı olduğu və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi”, - məlumatda deyilir.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirildi. **
X.Nəsirzadə