Azərbaycan Müdafiə Nazirliyi sərhədin Kəlbəcər istiqamətində Azərbaycan tərəfinin guya erməni hərbçini yaralaması barədə Ermənistan mətbuatının yaydığı məlumatı təkzib edir.
“Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır”, - məlumatda qedyd olunur.
Müdafiə Nazirliyindən bildirilib ki, qeyd olunan istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir. **
X.Nəsirzadə