Videosu Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenkonun Facebook səhifəsinin blok edilməsinə səbəb olan VMediaYoutube kanalının KİV-ə müraciəti nəticə verdi. Bu barədə VMediaYoutube kanalının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, İqor Korotçenko Facebook səhifəsində VMediaYoutube kanalındakı Azərbaycan ərazisində erməni işğalçılarının törətdikləri cinayətlər barədə bəhs edən «Такое не вытворяли даже террористы из ИГИЛ» (“Hətta İŞİD terrorçuları bunu etməyiblər”) adlı filmi paylaşdıqdan sonra erməni teleqram kanalları və ABŞ-dakı erməni lobbisinin nümayəndələri bu kontent ilə əlaqədar “yalan məlumat” və “nifrətin təbliğatı” ilə kütləvi şikayətə çağırışlar ediblər.
Lakin, VMedia kanalının Azərbaycan mətbuatına müraciəti və onların informasiya dəstəyi sayəsində Rusiya politoloqunun səhifəsi blokdan çıxıb.
VMedia kanalı, o cümlədən İqor Korotçenko Azərbaycan KİV-i (İnterfax.az, Report.az, Oxu.az, Media.az, Day.az, Korrespondent.az, Minval.az, Caliber.az və s.) və sosial şəbəkələrin bütün isifadəçilərinə nümayiş etdirilən həmrəy mövqeyə görə minnətdarlığını bildirirlər.
Həmçinin, «Азербайджанцы обвинили Цукерберга в поддержке армян» (“Azərbaycanlılar Tsukerberqi erməniləri dəstəkləməkdə ittiham etdilər”) sərlövhəli məqaləyə görə rusarminfo.ru saytını diqqətdən kənarda qoya bilmərik.
VMediaYoutube kanalındakı filmdə qeyd olunur ki, erməni terrorçuları barbarlıq və vəhşilikdə İŞİD terrorçularını belə ötüblər – qəbirləri açaraq məhv ediblər, yəni hətta ölülərlə savaşıblar. Bütün bu cinayətlər Azərbaycanın öncə işğal olunmuş torpaqlarında - Livanın ərazisinə bərabər və yaxud Lüksemburqdan dörd dəfə böyük ərazisində baş verib. **
İnformasiya şöbəsi