Azərbaycanın dövlət strukturları tərəfindən Uqandada “ASAN xidmət”in yaradılması prosesinə dəstək istiqamətində iş aparılır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb.“ASAN xidmət”in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır”, - Əliyev bazar ertəsi Uqandanın Bakıda yeni səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edərkən bildirib.
Öz növbəsində, səfir vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.
Həmçinin diplomat dedi ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır. **
X.Nəsirzadə