“Azərsu” ASC əhalinin su təchizatının yaxşılaşdırılmasına 1 milyon 870,3 min manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “Azərsu” «Hydro-Geo Environnement Group» MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqaviləyə əsasən, «Hydro-Geo Environnement Group» 50 subartezian və artezian quyusunda diaqnostika, yuyucu və təmir-bərpa işləri həyata keçirəcək.
İşlər “Azərsu”nun vəsaiti hesabına maliyyələşdirilir. **
B.Rüstəmbəyov