24-26 noyabr tarixlərində Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Qafarova Sankt-Peterburq şəhərində MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak edəcək.
“Spiker Şura və plenar iclaslarda Azərbaycan tərəfinin mövqeyini bildirəcək”, - məlumatda qeyd olunur.
Bundan əlavə, Azərbaycan tərəfinin parlamentlərarası əlaqələrin inkişafı perspektivlərinin və digər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. **
E.Şəfiyev