Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Parkla görüşüb.
“Ölkələrimiz arasında daim inkişaf edən iqtisadi əməkdaşlıqdan danışdıq, İKT, kibertəhlükəsizlik və nəqliyyat sektoru barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Koreya şirkətlərinin iştirakı məsələsini müzakirə etdik.
Azərbaycanda rəqəmsal transformasiyanın prioritet olduğunu qeyd edərək bu sahədə Koreyanın qabaqcıl təcrübəsi ilə tanış olmaq istəyimizi bildirdik”, - Nəbiyev Facebook səhifəsində yazıb. **
E.Şəfiyev