SOCAR şirkəti Pakistanın enerji sektoruna $1 milyard məbləğində yatırım etməyi planlaşdırır. Bu barədə Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov bəyan edib.
“SOCAR Pakistanın enerji sektoruna $1 milyard investisiya yatırmağı planlaşdırır. Ümumilikdə, digər Azərbaycan şirkətləri həmçinin birgə müəssisələrin yaradılması (pakistanlı tərəfdaşlarla - İF) və Pakistana investisiyalarda maraqlıdırlar, çünki bu ölkəni biznes və investisiya fəaliyyəti üçün potensial bazar hesab edirlər”, - Fərhadov İslamabadda Ticarət-Sənaye Palatasına ziyarət zamanı bildirib.
“Pakistan Observer” səfirin sözlərindən sitat gətirir.
Fərhadov qeyd edib ki, Azərbaycan və Pakistan rəhbərliyinin iqtisadi əməkdaşlığı genişləndirməyə dair səyləri var və hər iki ölkə ikitərəfli ticarət münasibətlərinin yaxşılaşdırılması üçün özəl sektorlar arasında birbaşa əlaqələrin inkişafına diqqəti yönəltməlidir.
O cümlədən, diplomat vurğulayıb ki, Azərbaycan səfirliyi iki ölkənin şirkətləri arasında onlayn görüşlərin təşkilinə hazırdır, bundan sonra ticarət nümayəndə heyətlərinin mübadiləsi baş tuta bilər.
“Azərbaycan Aİ və digər ölkələrlə sazişlər imzalayıb, və Pakistanın ölkəmizlə sıx iqtisadi əməkdaşlığı Mərkəzi Asiya və Avropa bazarlarına Pakistan məhsullarının asanlıqla çıxışını təmin edəcək”, - Fərhadov əlavə edib.
Səfir vurğulayıb ki, Pakistan və Azərbaycan preferensial saziş üzərində işləyirlər, hansı ki, gömrük tariflərini azaldacaq və iki ölkə arasında ikitərəfli ticarəti yaxşılaşdıracaq.
O, həmçinin hesab edir ki, Pakistan şirkətləri, o cümlədən əczaçılıq şirkətləri Azərbaycanda istehsalat müəssisələrinin açılması üçün yaxşı potensiala malikdirlər. **
E.Şəfiyev