Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş zamanı sənədlərin imzalanması planlaşdırılmır. Bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib.
“Hazırda hansısa bir sənədin imzalanması ilə bağlı razılıq yoxdur”, - Qriqoryan Ermənistanın “Qraparak” nəşrinə bildirib.
Bakı və İrəvan dekabrın 15-də Brüsseldə Paşinyan ilə Əliyev arasında görüşün keçirilməsinə razılıq verib. Öncə Aİ-nin sədri Şarl Mişel bəyan edib ki, Əliyev və Paşinyan dekabrda Brüsseldə “Şərq Tərəfdalığı” sammiti çərçivəsində görüş keçirməyə razılıq veriblər. **