Bakı Manila ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır”, - Əliyev Filippin Respublikasının Azərbaycanda yeni səfiri Maria Elena Alqabrenin etimadnaməsini qəbul edərkən bildirib.
Öz növbəsində, Alqabre səfirlik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığın, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi. **
E.Şəfiyev