“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün “Xezer Construction” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, şirkət ilə 13 milyon 705,996 min manat dəyərində müvafiq müqavilə imzalanıb.
Prezident İham Əliyev 2021-ci il aprelin 19-da “Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.**
X.Nəsirzadə