“Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC (Bakı Şəhər İcra Hakimiyyətinin “törəməsi”) Bakı şəhərində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin görülməsi üçün “Star Construction-12” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, şirkət ilə 9 milyon 892,535 min manat məbləğində müvafiq müqavilə imzalanıb. **
X.Nəsirzadə