Noyabrın 26-da Soçidə Qarabağda atəşin və bütün hərbi əməliyyatların dayandırılmasına dair 9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının ildönümünə həsr olunan
RF prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Kremlin mətbuat xidmətinin məlumatına əsasən, danışıqlar Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə baş tutacaq.
Üç ölkə liderləinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların reallaşdırılmasının gedişi, həmçinin bölgədə sabitliyin möhkəmlənməsi və sülh şəraitində həyatın bərqərar olması ilə bağlı gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Kremlin məlumatına görə, o cümlədən, Putinin Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbəti nəzərdə tutulur. **