Noyabrın 23-də “Optimal Elektronika” MMC tərəfindən 2,5 milyon manatlıq istiqrazlar 18 ay müddətinə yerləşdirilib. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Hərrac zamanı 5 investordan 5 sorğu təqdim olunub. Sorğuların ümumi dəyəi nominal dəyər üzrə 2,5 milyon manat təşkil edib.
Hərracın nəticələrinə əsasən, hərraca çıxarılan 2,5 milyon manat məbləğində istiqrazların bütün həcmi yerləşdirilib.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 2,5 min ədəd istiqraza bölünüb. Gəlirlilik – illik 12%-dir. (faizlər 6 ayda bir dəfə ödəniləcək).
Xəbər verildiyi kimi, “Optimal Elektronika” MMC 5 milyon manat məbləğində istiqrazların emissiyasını planlaşdırır.
Məlumata görə, “Optimal Elektronika” istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaiti yeni və cari layihələrin maliyyələşdirilməsinə yönəldəcək.
“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılıb və Əhəd Əsgərova məxsusdur. 2020-ci ilin sonuna şirkətin aktivləri 96 milyon 339,332 min manat, kapitalı 43 milyon 160,28 min manat təşkil edir. MMC ötən ili 106 milyon 583,259 min manat məbləğində xalis əməliyyat gəliri və 27 milyon 63,858 min manat məbləğində mənfəətlə başa vurub.
Şirkət 2013-cü ildən bu günədək dəyəri 350 milyon manatdan artıq olan malların kreditlə satışını həyata keçirib. Vaxtı keçmiş kreditlərin həcmi cəmi 1,5%-dir.**
X.Nəsirzadə