Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinə ali hərbi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncama əsasən, müdafiə nazirinin müavini-Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.
Digər sərəncama əsasən, müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.
Sərəncamların mətni dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə