Azərbaycanda koronavirus infeksiyasına 1,904 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 576,703 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 825 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər (ötən gün 33 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 686 nəfərə çatıb.
Virusa yoluxmuş 541,327 min nəfər (sutka ərzində +1833) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 690 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 194 (ötən gün 6 min 199 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 461,573 min test aparılıb.**
B.Rüstəmbəyov