Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə yaradılır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“İndsidentlərin qarşısını almaq məqsədilə Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında operativ əlaqənin təşkili məsələsi müzakirə olunur. Bu əlaqə beynəlxalq vasitəçiliyin köməyi ilə formalaşır”, - Paşinyan videokonfrans formatında mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistanın müdafiə nazirinə bu kommunikasiyadan fəal istifadə etməyi, atəşkəs rejiminin pozulması halları barədə azərbaycanlı həmkarı ilə informasiya mübadiləsi həyata keçirməyi tapşırıb.
“Əvvəllər Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında bu cür təmas heç zaman olmayıb. Bu ilk dəfədir. Əlaqə yaradılıb və mən Azərbayucan prezintinin bu qərarını qiymətləndirirəm. Bu operativ əlaqənin nə dərəcədə səmərəli olacağını zaman göstərəcək”, - Ermənistanın baş naziri bildirib. **