1 noyabr 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,87 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrın 1-nə Bakıda 1,521 min ədəd (artım 6,4%), bölgələrdə 1,349 min ədəd (artım 4,9%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 61,061 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 6,9% çoxdur.
Bununla yanaşı, Bakıda 40,057 min ədəd (artım 6,5%), regionlarda 21,004 min ədəd (artım 7,8%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 59,786 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.**
X.Nəsirzadə