Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Əliyev və Overçuk Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində (Qarabağ və Şərqi Zəngəzurda - İF) fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə etdilər”, - məlumatda deyilir.
Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu il ticarət dövriyyəsinin 7% artdığı qeyd olundu.
“O cümlədən, Əliyev və Overçuk Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti (Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə - İF) və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi apardılar. Azərbaycan prezidenti bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirdi”, - məlumatda qeyd olunur.
Görüşdə o da qeyd olundu ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcək. **
E.Şəfiyev