Azərbaycanda koronavirus infeksiyasına 1,924 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 578,627 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 904 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər (ötən gün 29 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 709 nəfərə çatıb.
Virusa yoluxmuş 543,2 min nəfər (sutka ərzində +1873) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 718 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 584 (ötən gün 12 min 194 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 473,157 min test aparılıb.**
X.Nəsirzadə