Gürcüstan yeni regional “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə) iştirakı imkanını nəzərdən keçirmir. Bu barədə Gürcüstanın baş nazirinin münasibətlər məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.
“Abaşidze vurğulayıb ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirmir”, - hökumətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bu barədə Abaşidze ilə RF-nin nümayəndəsi Qriqori Karasin arasında baş tutmuş onlayn görüş zamanı qeyd olunub.
Mətbuat xidmətindən əlavə ediblər ki, Rusiya tərəfi, Gürcüstan tərəfinin yeni regional konsultativ “3+3” mexanizminə və bu kontekstdə onun çərçivəsində nəzərdə tutulan konkret tədbirlərə münasibəti ilə maraqlanıb. **