Rusiya və Ermənistan XİN başçıları Sergey Lavrov və Ararat Mirzoyan telefon danışığı zamanı Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək görüş kontekstində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılıqlarının reallaşdırılmasının gedişini müzakirə ediblər. Bu barədə Rusiya XİN-dən məlumat verilir.
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılıqlarının reallaşdırılmasının gedişi, həmçinin cari il 26 noyabr tarixində RF prezidenti Putin, Azərbaycan Respublikasının prezidenti Əliyev və Ermənistan Respublikasının baş naziri Paşinyan arasında baş tutacaq görüş kontekstində müzakirə olunub”, - çərşənbə günü RF XİN-in saytında dərc olunan məlumatda deyilir.
Əlavə olunub ki, “o cümlədən, nazirlər beynəlxalq və regional gündəliyin bir sıra digər aktual məsələlərinə toxunublar”. **