Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində“MİDA” MMC Lənkəran şəhərində yeni çoxmənzilli yaşayış binaların sahəxarici və sahədaxili kommunikasiya şəbəkəsinin tikintisi üçün podratçı seçir.
Bundan əlavə, podratçı ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işlərini həyata keçirməlidir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı – 1 min manatdır.
Şirkətlərdən tender təkliflərinin qəbuıu 11 yanvar 2022-ci il saat 15:00-dək həyata keçirilir. Tender proseduru 12 yanvar saat 15:00-da baş tutacaq.
Tender predmetinin dəyəri $3 milyonu ötür.
Xəbər verildiyi kimi, yeni kompleks Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində, 1,5 ha torpaq sahəsində yerləşəcək.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində işlərə başlayıb.**
B.Rüstəmbəyov