Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulandı”, - dövlət başçısının rəsmi saytında məlumat verilir.
Tərəflər bu sahədə Azərbaycan-Rusiya əməkdaşlığının zəngin tarixə malik olduğu bildiriblər və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunublar. **