Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 26-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 26-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9065 manat/1EUR səviyyəsində (noyabrın 25-nə 1,9065 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 26-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0225 manat/1RUB səviyyəsində (noyabrın 25-nə 0,0227 manat/1RUB) müəyyən edib.**
B.Rüstəmbəyov