2021-ci ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 5 ton 880 kq-dan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyanın məlumatına görə, müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin dəyəri 162 milyon manat ($95 milyon) səviyyəsində qiymətləndirilir. **
E.Şəfiyev