Rusiya Federal Vergi Xidməti səlahiyyətli orqanları ilə ölkə üzrə hesabatların avtomatik mübadiləsini həyata keçirdiyi xarici dövlətlərin (ərazilərin) sırasına Azərbaycan daxil olmaqla, daha 7 yurisdiksiya daxil etmək niyyətindədir.
FVX-nin portalında dərc olunan qərara əsasən, yeni redaksiyaya əlavə olaraq Azərbaycan, Bəhreyn, Qibraltar, Qazaxıstan, Makao, Oman və Türkiyənin daxil edilməsi təklif olunur.
Nəticədə, RF ilə ölkə üzrə hesabatların avtomatik mübadiləsinin həyata keçirildiyi yurisdiksiyaların sayı 80-ə çatacaq (70 ölkə və 10 ərazi).
2016-cı ilin may ayında Rusiya vergi məlumatının avtomatik mübadiləsi haqqında saziş, 2017-ci ilin yanvar ayında isə beynəlxalq şirkətlər qruplarına dair ölkə hesabatlarının avtomatik mübadiləsi haqqında saziş imzalayıb. 2018-ci ildə avtomatik rejimdə ilk informasiya mübadiləsi baş tutub. **