Azərbaycan bütün istiqamətlər üzrə Rusiya ilə münasibətlərin səviyyəsinin yüksəldilməsinə yönəlib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İkitərəfli münasibətlərin dinamikası bizi çox sevindirir. Biz ikitərəfli formatda bir çox məsələləri həll etdik və bu günə münasibətlərimizi strateji tərəfdaşlıq kimi xarkterizə edirik. Bu sadəcə olaraq söz birləşməsi deyil, bu həqiqətən belədir. Biz bütün istiqamətlərdə qarşılıqlı münasibətlərin səviyəsinin yüksəldilməsinə yönəlmişik”, - Əliyev cümə günü Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı bildirib.
Əliyev vurğulayıb ki, ikitərəfli ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlığa, həmçinin biznes dairələri arasında böyük qarşılıqlı maraq var.
“Münasibətlərin bir çox sahələri əhatə etməsi bizi, əlbəttə ki, sevindirir. Biz indi əksər sahələr üzrə 7 “yol xəritəsi” reallaşdırırıq: iqtisadiyyat, nəqliyyat, humanitar əməkdaşlıq”, - o qeyd edib.
Azərbaycan prezidenti rus dilinin ölkəmizdə populyarlaşması ilə bağlı fəaliyyətin qiymətləndiriməsinə görə rusiyalı həmkarına minnətdarlığını bildirib. “Mən, o cümlədən Azərbaycandan olan tələbələrin Rusiyada təhsil alması üçün yaradılan şəraitə görə sizə təşəkkürümü bildirirəm. Səfərdən əvvəl mən son məlumatlarla tanış oldum – 15 mindən artıq azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Demək olar ki, bu, çox yaxşı ali təhsil alan və ölkələrimiz arasında avtomatik olaraq körpüyə çevrilən hərtərəfli ali məktəbdir”, - Əliyev əlavə edib. **
E.Şəfiyev