2021-ci ilin 9 ayı ərzində qarşılıqlı Ruisya-Azərbaycan ticarət dövriyyəsinin həcmi 11% artıb. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Pamdemiya ilə bağlı məsələlər və iqtisadiyyatda bununla əlaqədar bütün məhdudiyyətlərə baxmayaraq, cari ilin 9 ayı ərzində bizdə ticarət dövriyyəsinin həcmi 11% artıb. Bu yaxşı göstəricidir”, - Putin cümə günü Soçidə Azərbaycan prezidenti İlham Əliyev ilə ikitərəfli görüş zamanı bildirib.
Putin qeyd edib ki, Azərbaycan iqtisadiyyatına Rusiyanın birbaşa sərmayələri $4,5 milyard həcmində qiymətləndirilir.
“Bizim 900 Rusiya müəsissəmiz Azərbaycanda fəaliyyət göstərir, Azərbaycan iqtisadiyyatına $4,5 milyard birbaşa sərmayələr qoyulub. Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir”, - RF prezidenti əlavə edib. **
X.Nəsirzadə