Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, kommunikasiyaların açılması mövzusu yerinə yetirilməyən vacib məsələlərdən biridir.
“Kommunikasiyaların açılması mövzusu yerinə yetirilməyən vacib məsələlərdən biridir, çünki ötən ilin noyabr ayında Qarabağ üzrə üçtərəfli bəyanatın bütün bəndləri parktiki olaraq icra olunub”, - Əliyev cümə günü Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı bildirib.
O cümlədən, Əliyev vurğulayıb ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyət stabildir.
“İndiyədək ciddi insidentlər baş verməyib, qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan təsadüfi hallar sistemli xarakter daşımayıb. Bu səbəbdən Rusiya sülhməramlı kontingentinə yaxşı xidmətə, regionda təhlükəsizliyin təminatına görə minnətdarlığımı bildirmək istərdim”, - dövlət başçısı qeyd edib. **
B.Rüstəmbəyov