Rusiya Ermənistanla Azərbaycan arasında dialoqa avropalı tərəfdaşların cəlb edilməsini alqışlayır. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Bilirəm ki, yaxın zamanda sizin Brüsseldə görüşünüz nəzərdə tutulur, biz bunu da alqışlayırıq. Birbaşa təmas imkanları nə qədər çox olarsa, bir o qədər yaxşıdır”, - Putin cümə günü Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş zamanı bildirib.
Putin əlavə edib ki, bu yaxınlarda Avropa İttifaqı (Aİ) Şurasının prezidentiŞarl Mişelilə danışığı baş tutub. “O sizi gözləyir, bir irəliyə hansısa addım atacağıq, artıq digər meydançalarda da növbəti addımlar atmaq mümkün olacaq. Biz tərəfdaşların bu dialoqa cəlb edilməsini ancaq alqışlayırıq. Əsas odur ki, xeyri olsun”, - Rusiya prezidenti bildirib. **