Qarabağda nəqliyyat infrastrukturunun açılması ilə bağlı qərarlar yaxın zamanda qəbul oluna bilər. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Həmkarlarım işin gedişi barədə mənə məruzə ediblər: asan deyil, lakin buna baxmayaraq, irəliləmiş vəziyyətdədir”, - deyə o Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdə bildirib.
“Yaxın zamanda nəqliyyat kommunikasiyalarının açılması üzrə aidiyyəti qrupun işini nəinki təsdiq edib, həm də hər kəs üçün zəruri qərarlar qəbul edəcəyimizə dair əsaslar var”, - Putin əlavə edib.
Onun sözlərinə görə, hər üç ölkənin vəzifəsi ondan ibarətdir ki, regionun dirçəlməsi və əhalisinin təhlükəsizliyi və rifahı üçün şərait yaradılsın.
Putin qeyd edib ki, bu vəzifənin həlli Ermənistan və Azərbaycan vətəndaşlarının həyat səviyyəsinə müsbət təsir edəcək.
“Lakin bu, Ermənistan və Azərbaycamla münasibətlərin xüsusi xarakter daşıdığını nəzərə alaraq, Rusiya üçün də əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var və mən bunun dağıdılmasını istəməzdim. Əksinə, biz bu əlaqələri bərpa etməli və gələcəkdə daha da dəstəkləməyə çalışmalıyıq”, - Putin vurğulayıb. **