RF prezidenti Vladimir Putin məlumat verib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları üzrə birgə bəyanat imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüş bitdikdən sonra Putin qeyd edib ki, görüş “çox faydalı və vaxtında” keçib.
“Qeyd olunduğu kimi, biz bugünkü birgə işimizin yekunlarına dair bəyanat imzaladıq, ictimaiyyət və KİV həmin bəyanatla tanış ola bilər. Burada məşğul olduqlarımız və razılığa gəldiyimiz məsələlər ətraflı şəkildə öz əksini tapıb”, - Putin deyib.
Çıxışının sonunda Putin Azərbaycan və Ermənistan liderlərinə zeytun budaqları hədiyyə edib.
“Məndən sol tərəfdə siz həım erməni, həm də azərbaycanlı distlara hədiyyəmizi görürsünüz – sülh və əmin-amanlığın simvolu olan zeytin budağı. Bugünkü razılıqların icra olunacağına və bütövlükdə Cənub Qafqazda münasibətlərin normallaşması işində növbəti addımlar üçün şərait yaradacağına ümid edirəm”, - Putin bildirib.
Putinin Azərbaycan və Ermənistan rəhbərlərinə hədiyyə etdiyi, üzərində “Soçi 26 noyabr 2021-ci il” yazısı olan qızıl zeytun budağı sifarişlə iki nüsxədə hazırlanıb. **