Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına zəruri olan hər cür köməyi göstərməyə öhdəlik götürüb. Bu barədə RF, Ermənistan və Azərbaycan liderlərinin görüşünə dair birgə bəyanatda deyilir.
“Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək”, - Kremlin saytında dərc olunan bəyanatda vurğulanır. **