26 noyabr tarixində Soçidə Azərbaycan, RF və Ermənistan liderlərinin keçirilən üçtərəfli danışıqların yekunlarına dair bəyanat rəsmi Bakının mövqeyini tam təmin edir. Bu barədə Azərbayan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN Azərbaycan prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirir.
“Görüşün yekunlarına dair imzalanmış bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”, - XİN-dən qeyd olunur.
XİN-dən qeyd olunur ki, bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.
“Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək”, - XİN-in bəyanatında deyilir. **
R.Əhmədov