Azərbaycanda koronavirus infeksiyasına 1,617 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 584,121 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 997 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər (ötən gün 31 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 789 nəfərə çatıb.
Virusa yoluxmuş 549,333 min nəfər (sutka ərzində +1979) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 26 min 999 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 982 (ötən gün 12 min 210 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 509,701 min test aparılıb.**
A.Salayeva