Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.
“İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək və baş məşqçi məsələsi müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
İclasın gündəliyinə, həmçinin AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi, bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması və digər məsələlər daxildir.
İtaliya mətbuatının yaydığı məlumata görə, Canni De Byazinin 2021-ci ilin sonuna qədər qüvvədə olan müqaviləsi Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində zəif nəticə göstərməsi səbəbindən uzadılmayacaq.
Azərbaycan yığması 8 oyunda 1 xal toplamaqla qrupda sonuncu yeri tutub.*
E.Şəfiyev