Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9204 manat/1EUR səviyyəsində (noyabrın 29-na 1,9172 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0229 manat/1RUB səviyyəsində (noyabrın 29-na 0,0227 manat/1RUB) müəyyən edib.**
X.Nəsirzadə