Bakı-Supsa neft kəməri vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil olunan Azərbaycan nefti yüklənmiş 1 000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb. Bu barədə BP şirkəti məlumat verir.
“İtaliyaya yola düşən “Stamos” adlı tankerə 650 min barel xam neft yüklənilib”, - şirkətdən vurğulanır.
BP qeyd edir ki, Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 mln. bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 min barel təşkil edir.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 milyon ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.**
A.Əzizov