2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,1 milyard təşkil edib ki, bu da ötən ilin 10 ayının göstəricisindən 42% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında əsas həcm qızıl 166,1 milyon ABŞ dolları (artım 4,7%), pambıq mahlıcı – 160,7 milyon ABŞ dolları (artım 69,7%) pomidor - 130 milyon ABŞ dolları (azalma 24,9%), ilkin formalı polipropilen - 96,4 milyon ABŞ dolları (artım 76,9%), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) – 80,4 milyon ABŞ dolları (artım 2,6 dəfə), meşə fındığı - 75,6 milyon ABŞ dolları (azalma 10,4%), karbamidin - $69,8 milyon (artım 7,8 dəfə), ilkin formalı polietilenin (xüsusi kütləsi 0,94-dən çox) – 61,2 milyon ABŞ dolları (artım 2,1 dəfə), matenolun (metil spirti) – $60,2 milyon (аrtım 42,3%) payına düşüb.
Cari ilin 10 ayı ərzində qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 dəfə, mis və misdən məmulatların ixracı 2,2 dəfə, pambıq ixracı 87,6%, orqanik kimyəvi birləşmələrin ixracı – 40,6%, şəkər və şəkərdən qənnadı mallarının ixracı 59,2%, alüminium və ondan hazırlanan məmulatların ixracı 61,7%%, qiymətli metallar və onlardan hazırlanmış məmulatların ixracı 4,3% artıb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($665,4 milyon – artım 20,8%), Türkiyə ($509,4 milyon – artım 78,4%), İsveçrə ($184,1 milyon – artım 4,6%), Gürcüstan ($131,5 milyon – artım 20,5%) və ABŞ ($60,5 milyon – artım 3,4 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 31,7%-i RF-nin, 24,3%-i Türkiyənin payına düşüb.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə qeyri-neft ixracının həcmini $2,2 milyard səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVİD-19-a görə məhdudiyyətlərin mənfi təsiri ilə şərtlənib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $4 milyarda yaxın təşkil edəcək. **
X.Nəsirzadə